Hələ bir ay öncə Pakistanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti "uyğunsuz məzmun" səbəbindən növbəti dəfə qadağan edilib.

Bu barədə Pakistanın Telekommunikasiya Agentliyinin məlumatında qeyd olunub ki, "uyğunsuz məzmunlar" sosial şəbəkədə yayılır və platforma bu tip məzmunların silinməsi istiqamətində lazımi səviyyədə iş aparmır. Bu səbəbdən də sosial şəbəkəyə ölkədən giriş qadağan edilir.

Qeyd edək ki, Pakistan keçən ilin oktyabrından bəri "TikTok"un ölkədə fəaliyyətinə qadağa qoyub.

Ancaq bu qadağaya məhəl qoymayaraq parkda "TikTok" videosu çəkən qadın, yüzlərlə kişinin cinsi təcavüzünə məruz qalıb.

Mətbuatın yazdığına görə, hadisə ilə bağlı 66 nəfər saxlanılıb. Digər şübhəlilərin axtarışları davam etdirilir. Qadının səhhəti barədə məlumat verilmir. Hadisə zamanı vəzifəsini lazımi səviyyədə yerinə yetirmədiyi üçün iki polis əməkdaşı işdən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN