Bu gün Konor Makqreqorun dördünücü övladının doğulması barədə xəbər yayılıb.
Belə ki, irlandiyalı qarışıq növlər üzrə döyüşçü Konor Makqreqor özü bu barədə instagram hesabında məlumat yayıb.
Qeyd edək ki, onun övladı ilə bağlı yaydığı fotoşəkilləri daha maraqlı edən önun kürəyindəki banka izləri idi... Onun yenicə bankalandığı izlərin hələ də rəngini dəyişməməsindən bəllidir.
Görünür, Konor Makqreqor da azərbaycanlılar kimi kürəyə banka qoydurmağı sevir. Və soyuqdəymə ilə mübarizəni idmançı təbii üsullarla aparır.
Sən demə, irlandiyalılar da bankanın fəzilətindən xəbərdarmışlar... Yoxsa, çoxları bunun, daha çox bizdə adət edildiyini düşünürlər...
Y.Məmmədli