Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanması barədə məlumat vermişdik.

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən verilən məlumata görə, fondanəşrlər daxil olmaqda davam edir. Bildirilir ki, yeni daxil olan nəşrlər sırasında “Rusiya işğalları və Zəngilan”, “Laçın həsrətim” adlı kitablar mövcuddur. Müəllifi İradə Əlili və Sevinc Rza olan “Laçın həsrətim” kitabı Qarabağın gözəl guşələrindən olan Laçın rayonuna həsr edilib. Kitabda Laçın rayonunun tarixi, coğrafi mövqeyi, ərazisi, vətən yolunda canından keçən Milli Qəhrəmanları, şəhidləri, qaziləri haqqında məlumatlar öz əksini tapıb. Laçın həsrəti ilə yaşayan laçınlıların ürək sözləri, eləcə də 30 ilə yaxın Laçından ayrı düşmüş gənc yazar Sevinc Rzanın vətənlə bağlı “Biz heç böyümədik” adlı povestindən bir parça da nəşrə daxil edilib.

Müəllifi Əli Sobulu olan “Rusiya işğalları və Zəngilan” adlı kitabda isə arxiv materialları əsasında Zəngilan rayonunun tarixi araşdırılıb, uzun illər erməni tapdağında olan rayonun ciddi dağıntılara məruz qaldığına nəzər salınıb. On fəsildən ibarət kitabda rayonun inzibati ərazi vahidi ilə yanaşı, Ermənistanın işğalları, Azərbaycanın iki yerə parçalanması, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın Sovet dövrü, Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanları və digər bu kimi məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əsas məqsədi Qarabağ müharibəsinə həsr olunan sənədləri, kitabları, nəşrləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. Eyni zamanda, şəhid olmuş mərd oğulların şəxsi kitabxanalarındakı kitablar da fondda sərgilənir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN