Rusiyanın TASS İnformasiya Agentliyinin əməkdaşları AZƏRTAC-da olublar.

TEZADLAR.AZ xəbər verir ki. bu barədə AZƏRTAC məlumat yayıb.

Məlumatda bildirilir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev TASS-ın yaxın ölkələr üzrə redaksiyasının redaktoru İrina Kovalyova və maliyyə departamentinin aparıcı iqtisadçısı Anna Xoreva ilə görüşüb.

Qeyd olunub ki, sıx tərəfdaşlıq əlaqələrinə malik olan AZƏRTAC və TASS agentlikləri bir çox mövzularda uğurlu layihələr həyata keçirir. Hər iki agentlik ikitərəfli və beynəlxalq informasiya təşkilatları çərçivəsində nümunəvi əməkdaşlıq münasibətləri qurub. İki agentliyin uzun illərdir reallaşdırdığı kadr mübadiləsi proqramı da buna misaldır. Bu məqsədlə agentliklərin əməkdaşları hər il qarşılıqlı olaraq təşkil edilən seminarlarda iştirak edirlər. Belə layihələr AZƏRTAC və TASS arasında təcrübə mübadiləsinə töhfə verməklə yanaşı, daxili strukturların sıx təmasına da şərait yaradır.

Görüş zamanı qonaqlara AZƏRTAC -da xəbər buraxılışı, xarici müxbir şəbəkəsi barədə məlumat verilib, media və jurnalistika ilə bağlı fikir mübadiləsi aparılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN