"Yağış dövlət büdcəsini talayan qurumları su üzünə çıxardı. Rahat təmizlik işləri aparıla bilər".

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Ötən gündən yağan yağışın paytaxtda yaratdığı problemlərə toxunan sənətçi bunları əlavə edib:

"Heç olmasa, yedikləri milyonları alıb millətin boynuna yazılan cərimələri ödəsinlər. Yağış yağan kimi işıqsız qalan, yolda maşını suda batan, saatlarla tıxaclarda qalan bu insanlara hər gün bir bəhanə ilə cərimə yazmaq üçün səbəb axtaran qurumları görün artıq".

nura-mesaj

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN