İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTUNUN BAŞ MÜHƏNDİSİ BEYNƏLXALQ TƏDBİRDƏ ÇIXIŞ EDİB
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutu və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “İnformasiya-kommunikasiya texnologiyaları sferasında yeni reallıq: tendensiyalar və perspektivlər” mövzusunda onlayn rejimdə keçirilən dəyirmi masada iştirak edib.