Hər bir xalq təhsillə tanınır. Təhsil inkişafı insanların hərtərfli formalaşmasında xüsusi rol oynayır. Təhsil hər bir dövlətin inkişafında mühüm proritet məsələlərdən biridir. Təhsil ocaqlarının günün tələbləri səviyyəsində qurulması, həmin ölkənin inkişaf prespektivlərindən xəbər verir.

Bu gün Azərbaycan təhsili tarixi ölkələri ilə fəxr, qürur duyur. Öz işinin uğurları ilə fəxr duyan təhsil ocaqlarından biri də Biləsuvar rayonu Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 saylı tam orta məktəbin direktoru Aqşin Əkbərov işini günün tələbləri səviyyəsində quran pedaqoqlardandır. O, müəllim ailəsində dünyaya göz açıb. Daha savadlı olduğuna görə orta məktəbi 16 yaşında bitirib. Gözəl ailə başçısıdır.  3 övlad atasıdır. Övladlarından biri ali təhsil alır, digərləri isə orta məktəbdə oxuyur. O,  övladlarını özü kimi ziyalı olmalarını arzulayır. 

Onu da vurğulayaq ki, hazırda təhsil ocağında 72 müəllim 1007 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Bu əməklərinin bəhrəsi ilə sevinən müəllimlərin bu il tədris ilində 20 nəfər şagird ali təhsil ocaqlarında başqa-başqa ixtisaslara qəbul olmuşlar. Biri 565 bal, digərləri 450 bal və başqa-başqa ballar toplayaraq ali təhsil ocaqlarına qəbul olublar.

20231103_161344

2023-cü ilin sentyabr döyüşündə də bu məktəbin məzunu olmuş cizir Teymurov Rəsul Yusif oğlu, əsgər Ziyadov Cəsarət Zaur oğlu şəhid olublar.

Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə cansağlığı, təhsil ocağının kollektivinə isə işlərində uğurlar arzu edirik.

Ceyhun Vaqifoğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN