Müsabiqənini birinciləri və ilk üçlükdə - 230 nömrəli tam orta məktəbin müəllimi Zümrüd Əliyeva, 193 nömrəli tam orta məktəbin müəllimi Günay Hüseynzadə, 291 nömrəli Ekologiya liseyinin müəllimi Səbinə Məmmədova olublar.
Məlum olduğ kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsi keçirilib.
Artıq müsabiqənin qaliblərinin də adları açıqlanıb.
TEZADLAR.AZ xəbər verir ki, müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edib.
Müsabiqənin nəticələrinə əsasən, 230 nömrəli tam orta məktəbin müəllimi Zümrüd Əliyeva, 193 nömrəli tam orta məktəbin müəllimi Günay Hüseynzadə, 291 nömrəli Ekologiya liseyinin müəllimi Səbinə Məmmədova I, 256 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Səfərova, 145 nömrəli tam orta məktəbin müəllimi Aytən Qasımova, 26 nömrəli tam orta məktəbin müəllimi Aidə Elyazova II, 212 nömrəli tam orta məktəbin müəllimi Sevil Cavadova, 217 nömrəli tam orta məktəbin müəllimi Zamir Dadaşov, 112 nömrəli tam orta məktəbin müəllimi Lətifə Mustafayeva III yerə layiq görülüblər.
136 nömrəli tam orta məktəbin müəllimi Bənövşə Bayramova, 189-190 nömrəli tam orta məktəbin müəllimi Elnarə Nərimanova, 241 nömrəli tam orta məktəbin müəllimi Fəridə Hüseynova, 5 nömrəli tam orta məktəbin müəllimi Könül Rzayeva, 101 nömrəli tam orta məktəbin müəllimi Aynurə Paşazadə, 6 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə İsmayılova həvəsləndirici yeri tutub.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.
Qeyd edək ki, Bakı şəhəri 17, 18, 53, 81, 156, 187, 242, 28, 58, 101, 130, 157, 164, 179, 213, 260, 71, 145, 158, 202, 242, 262, 55, 225, 71, 26, 83, 156, 215, 239, 217, 56, 130, 227, 232, 28, 261 nömrəli təhsil müəssisələrinin müəllimləri isə fəal iştirakına görə “Təşəkkürnamə” ilə təltif olunacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.