Bakı Ali Neft Məktəbi (BANM) tələbə və gənc tədqiqatçılar üçün beynəlxalq elmi konfransa ev sahibliyi edəcək.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
"“Neft-qaz geologiyası və mühəndisliyi Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (15-17 aprel 2025)
Konfrans bölmələri:
- Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması
- Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi
- Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi
- Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları
- Neft-qaz sahəsində iqtisadi səmərəliliyinin analizi
- Təbiət və texniki elmlər bölməsi
- Enerji keçidi", - deyə rektor açıqlayıb.
JASMİN