Son vaxtlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə, o cümlədən şənlik və yas mərasimlərində istehlak edilməsı nəticəsində zəhərlənmə hallarına rast gəlinir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ictimai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlərdə qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır. Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssisələrinin sahibləri tərəfindən həmin obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, belə hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir.