Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi baytarlıq laboratoriyası (MBL) və bu laboratoriyanın Bərdə regional bölməsi Böyük Britaniyanın “Vetqas APHA Scientific” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında bruselyoz xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə uğurlu nəticələr əldə edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, MBL həmin səriştəlilik sınağında xlamidiyoz xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə yüksək nəticəyə sahib olub.

Laboratoriya bundan əvvəl də beynəlxalq səviyyədə təşkil olunan səriştəlilik test proqramlarına qatılaraq yüksək nəticələr əldə edib.

Qeyd edək ki, MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. MBL AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Türkiyə Akkreditasiya Qurumu “TÜRKAK” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN