Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Rustavi küçəsi, 20-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Manafov Zaur Tofiq oğluna məxsus müxtəlif növ ədviyyatların qablaşdırılması müəssisəsində planlı yoxlama keçiriblər.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN