Rusiya paytaxtında koronavirusa yoluxma halları rekord həddə çatıb

Ötən həftədən etibarən Rusiyada koronavirus hallarının kəskin, demək olar ki, şaquli artımı müşahidə olunur. 17-22 iyun tarixlərində koronavirusa yoluxmanın sayı 17 mindən çox olub. Bu, bir ay əvvəl olduğundan iki dəfə çoxdur. Moskva, hətta keçən il pandemiyanın pik vaxtında  belə yüksək göstəriciyə malik deyildi, indi isə gündə 8-9 min yoluxma halının qeydə alınması ilə yeni rekordlar qazanır. Amma xalqa elan edilmişdi ki, kovid üzərində qələbə çalınıb.

Mütəxəssislər deyirlər ki, burada hakimiyyət orqanlarının zəifliyi öz təsirini göstərmişdir: pandemiya uğurla aradan qaldırılmışdır, vaksinlər mülki dövriyyəyə buraxılmışdır, bir sözlə, hər şey edilmişdir. İndi isə Dövlət Dumasına seçkilər barədə düşünmək vaxtıdır: rəsmi şəxslər vəziyyətin gərginləşməsiniə görə özlərini yox, güya, daha yoluxucu, daha hiyləgər Hindistan ştammını günahlandırırlar. Keçən il Hindistan höküməti də eyni fikirdə idi. Tibbisinin gücsüzlüyünü etiraf etmək əvəzinə, günahın hamısını “idxal” olunan virusda görürdü. Burada əhalinin sanitariya tədbirlərinə etinasızlığı və peyvənddən imtina da öz rolunu oynamışdır. May bayramlarında ölkə kef edirdi. Bir yandan da şimal paytaxtımızda  Beynəlxalq İqtisadi Forum keçirilir, Avro futbolu və bir çox rezonans doğuran tədbirlər...

Ötən ilin pik dövründə olduğu kimi, federal hakimiyyət fırtınaya düşmüş gəminin sükanından regional rəhbərliyə göstərişlər verməyə başladı. Yerli rəhbərlik isə başqa bir şey fikirləşib tapa bilmədi, məcburi vaksin edilmə qamçısını, vaksin edilən şəxslərə şirnikləşdirici endirim kartı, mənzil, maşın qazanmaq şanslı lotereya kökəsi ilə əvəzlədi. Maraqlı odur ki, məcburi edilmə ideyası xəstəiyin artması ilə üst-üstə düşdü.

Birinci olaraq"qırmızı zona" ya Moskvanın baş sanitar həkimi Elena Andreyeva düşdü. O paytaxtda işləyənlərin 60 % - ni peyvənd edilməyə məcbur etdi. Bu nümunə yoluxucu oldu. Regionlar arasında yarış başladı. Məsələn, Başqıriyada peyvənd olunmayanları muzeylərə, kitabxanalara, hamamlara, Nijni Novqorod vilayətində — nigahın qeydə alınma idarəsinə, Novqorodda isə işə buraxmadılar. "Ayrı-ayrı kateqoriyalar" üçün məcburi peyvənd tətbiq olunduğu çox saylı regonlardan biri də Kuban oldu. Soçidə və Anapaya son səfərlərimdə bunu təsdiq edə bilərəm: orada ən elementar antiepidemiya tədbirləri həyata keçirilmir. O zaman niyə yeni məhdudiyyətlər tətbiq edirsiniz? Peyvənd planını yerinə yetirmək üçün?

Bu, mütəxəssislərin narazlığına səbəb oldu: onların fikrincə, epidemiyanın qızğın vaxtında hər kəsin peyvənd edilməsi elmi cəhətdən düzgün deyil.

Vaksinlərin bu günə qədər testlərin tam mərhələsini keçmədikləri, əks-göstəricilərə, nəticələrə, yan təsirlərə dair hərtərəfli elmi tədqiqatların olmadığı barədə müzakirələr yeni qüvvə ilə alovlandı. Yeri gəlmişkən, bu, Rusiya Konstitusiyasının 21-ci maddəsinə ziddir: "heç kəs könüllü razılıq olmadan tibbi, elmi və ya digər təcrübələrə məruz qala bilməz". Bundan əlavə, "vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında" Federal Qanunun 20-ci maddəsi tibbi müdaxilənin zəruri ilkin şərti və bu cür müdaxilədən imtina etmək hüququ təsdiqlənib. Buna cavab olaraq, qubernatorların və məmurların başqa qanunlara, daha təhlükəli bəyanatlara istinad etməsi bu yaxınlarda məcburi peyvəndin əleyhinə çıxış edən dövlət başçısının bəyanatına da ziddir.

Hətta RF -nin İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova belə bəyan etməyə məcbur olub: "mən hesab edirəm ki, peyvəndin bu cür stimullaşdırılması ədalətsiz oyun, ədalətsiz aksiyadır. İdeya özlüyündə düzgündür — cəmiyyəti qorumaq, bu gün həyata keçirilən mexanizmlər isə sadəcə kütləvi psixoza, insanlarda məcbur edilmə qorxusuna səbəb olur". Bir qədər dəqiq olmasa da,mənası aydındır. Paralel olaraq,  internetdə saxta vaksinasiya sertifikatlarının satışı üçün təkliflər geniş vüsət alıb.

Qeyd etmək lazımdır ki, məcbur edilmə kampaniyasına qədər hakimiyyətin informasiya-təbliğat kampaniyası da iflasa uğradı, sanitariya rejimi zəiflədi. Bununla yanaşı, xarici ölkələr bu məsələdə tamamilə fərqli yanaşmalar nümunəsi göstərir. Məsələn, əhalisinin yarıdan çoxu peyvənd edilmiş ABŞ-da lotereya bileti əvəzinə peyvənd olunanların hər birinə 100 dollar verilir. Aydındır ki, bizim hökümətimiz hər peyvənd olunana 7300 rubl bağışlamağa hazır deyil. Çünki, peyvəndin hazırlanmasına və istehsalına çəkilən xərclərə üstəlik də peyvənd olunanlara verilən bonus əlavə edilməlidir. Vaksinlərin bütün spektrindəki geniş seçimdən danışmaq belə təhlükəlidir.Çünki,səni xarici agent hesab edəcəklər. Yaxşı, hakimyyətə başqa bir seçim təklif edə bilərsiniz: peyvənd olunana peyvənddən sonra koronavirus xəstəliyinə tutulma halı üçün sığorta polisi də verin. Yeri gəlmişkən, lotereya mənzillərindən və avtomobillərindən daha az pul tələb olunacaq. Axı, yuxarılar deyir ki,"Sputnik V "-nin müdafiə göstəricisi 100 haldan 99%- dir.

Moskva meri Sergey Sobyanin dəfələrlə qürurla bildirmişdi ki, moskvalıların yarıdan çoxu artıq immunitet qazanıb. İndi birdən-birə 25% - dən danışır, rəqəmlərin çökməsini dəhşətli yoluxucu ştammla əlaqələndirir. O zaman səlahiyyətli şəxslərin, vaksin istehsal edənlərin vaksinin təsirinin 9-12 ay olduğunu yüksək səslə elan etməsi nə deməkdir?  Belə çıxır ki, biz vətəndaşları aldadıb, arzuladıqlarını gerçəklik kimi qələmə verməyə çalışırıq? Keçən ilki birinci dalğa zamanı xəstələndi, bu il peyvənd olundu və yenə xəstələndi kimi xəbərlər istədiyiniz qədərdi.Bu cür faktlarla rəsmi hesabatlar üst-üstə düşmür və əhalidə inamsızlıq yaranır.  ABŞ-da, məsələn, peyvənd olunub təkrar xəstələnənlərin statistika məlumatları dərc edilir. 160 milyon vaksindən 4 min klinik hal. Bizdə 16 milyon peyvənd vurulanlardan neçəsi təkrar xəstələnib?

Etibarlı məlumatlara əlavə olaraq, federal Mərkəzin operativ xəbərlərinin , adekvat tədbirlərinin ziyanı olmaz. Lakin xəstəliyin kəskin artması fonunda digər ölkələrdə analoji hallarda tətbiq edilən lokdaun nəinki tətbiq edilmir, məhdudlaşdırma tədbirləri genişləndirilmir, hətta tətbiq edilən zəifləmə də ləğv edilmir — məsələn, 28 ölkə ilə avia uçuşların bərpası. Aydındır ki, karantindən yorulan insanlar evə qapanmaqdan bezib isti şampan şərabı kimi partlamağa hazırdırlar.

Məhdudiyyətlər əvəzinə,  söhbət revaksinasiyadan,”Sputnik V” vaksinin təkrar vurulmasından gedir. Daha nələr barəsində danışılır? Baxmayaraq ki, bizim və xarici mütəxəssislər məsləhət görürlər ki, təkrar peyvəndə zamanı fərqli vaksinlər vurulmalıdı. Yenə pul diktə edir? Kimi təkrar peyvənd etməli? O 10-12%  peyvənd olunanları? 90% - ə qayğı göstərmək daha yaxşı olmazmı? Məcburi şəkildə yox, könülllü,mükafatlandırma yolu ilə. Amma bəzi məlumatlara görə, bizdə hələ həkimlərin üçdə biri peyvənd olunmayıb ki, bu da “Sputnik V”-yə inamı azaldır.

Revaksinasiyadan danışarkən, yenə də antiteli yada salıblar.Güya kimin antiteli azdırsa, yenidən peyvənd olunmalıdır.Moskva merinin saytında aydın yazılıb ki, peyvənd olunaın antitel testi nəticə vermir. Moskvada 3-5 min rubla keyfiyyətli test eləmək olar. Bəs reqionlarda necə olsun? Ən yaxın peyvənd edilmə məntəqəsi 60-100 km məsafədə yerləşir. Cavab aydındır.

Peyvəndə təkan vermək üçün “mütəxəssislər” yekdilliklə öz təlimatlarını təkzib etməyə başladılar. Qamaley adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginzburq deyir: “mən xərçəng xəstəliyinin peyvənd üçün əks göstərici olmasını zənn etmirəm” və ürək-damar xəstəlikləri, bronxial astma, hepatit C, xərçəng xəstəliyi  olan xəstələrə “Sputnik V” vaksini ilə peyvənd etmək olar. Ancaq peyvənd üçün təlimatdakı əks göstərişlər siyahısında bu xəstəliklər aydın şəkildə göstərilmişdir!

İctimaiyyətin reaksiyası gözləniləndi. "Özləri özlərinə ziddir. İlin əvvəlində ürək xəstəlikləri, onkoloji xəstəlikləri olanlara peyvənd vurulması qadağan edilirdisə, indi olar.Nəticədə, peyvəndi indi kim istəsə vurur və baş verə biləcək nəticələrə görə heç kim məsuliyyət daşımır!"-deyə Yelena E. sosial şəbəkələrdə yazır ". “Ginsburq hesab edir?  Etsin,nə deyirk. Amma o, kəskin xəstəlikləri olanların peyvənd olunandan sonrakı halına cavab verəcəkmi?”-deyə Natalya G. sual edir. Yoxsa, yenə də həmişəki   “kim gizlənməyibsə, mən günahkar deyiləm...” sitatında olduğu kimi olacaq?

Bunların hamısı Rusiya üçün kəskin məsuliyyət mövzusuna ünvanlanan ritorik suallardı.Bəlkə belə bir vəziyyətdə, heç olmasa, şəxsi sağlamlıq məsələlərində insanların qərar verməsinə sərbəstlik vermək lazımdır?

Mixail Morozov, “Trud” qəzetinin şərhçisi

 Tərcümə etdi: Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN