Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər Rüfət Mahmud SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.