2021-ci il iyunun 10-11-i tarixlərində  “Qlobal  Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” Ictimai Birliyinin təşkilatçılığı ilə  Lütfizade Texnologiya Mərkəzində “Beynəlxalq elmi jurnallarin tələbləri və Elmi məqalələrin yazilma qaydalari :Alim və  Gənc tədqiqatçilara  dəstək” mövzusunda  növbəti tədbir təşkil edilib.

İB-dən "Təzadlar"a verilən məlumata görə, tədbirə Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında, elmi mərkəzlərində çalışan və təhsil alan elmi-tədqiqatçılar qatılmışlar. Bu sahədə 15 ilə yaxındır ki, həm nəzəri, həm də praktiki təcrübəyə sahib olan Təlimçi və Ekspert, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova  bir neçə  beynəlxalq elmi jurnalın redaktoru və redaktor müavini kimi  elmi jurnalların idarə edilməsi prinsipləri, beynəlxalq elmi bazaların platformasına daxil olmaq üçün jurnallar, orada çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı təlim iştirakçılarını məlumatlandırdı. Xəyalə Məmmədova tədbirin sonunda iştirakçıların suallarını  cavablandırıb. Təşkil edilən təlim,  silsilə tədbirlər şəklində bundan sonra da davam edəcəkdir. Qeyd edək ki, layihənin məqsədi Azərbaycan elmin inkişafını dünya səviyyəsində aparmaq, beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirərək, Azərbaycanlı alim və elmi-tədqiqatçıların  elmi əsərlərinin istinad indeksli jurnallarda nəşrlərinin sayını artırmasına töhfə verməkdir. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təmin olunub.

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN