Bu ayın əvvəlində Ukraynaya 189 milyon avroluq ödəniş etmiş Dünya Bankı yenə pul ayırıb.

Bu dəfə 132 milyon dollar.

Bəs indiki vəsait nələrə sərf olunacaq?

Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumata görə, kredit vəsaitləri “Kənd təsərrüfatına özəl investisiyaların sürətləndirilməsi” proqramının layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrasının nəticələrinə əsasən dövlət büdcəsinin ümumi fonduna daxil olub.

“Cəlb edilmiş vəsaitlər Ukraynanın maliyyə sabitliyini dəstəkləməyə davam edəcək, qida sənayesində vəziyyəti yaxşılaşdırmaq və Ukraynada ərzaq təhlükəsizliyini təmin etmək üçün xüsusilə kənd təsərrüfatı sektorunda prioritet xərcləri ödəmə imkanı verəcək" , - deyə maliyyə naziri Sergey Marçenko bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

 Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Artıq 1 ildən çoxdur ki, Ukraynada müharibə gedir. Ölkənin şəhər və kəndləri dağıdılaraq xarabazara çevrilib. Əhalisi didərgin düşüb. İqtisadiyyata külli miqdarda ziyan dəyib. 

 

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN