Rusiyanın muzdlu “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojin Rusiya qoşunlarının yerlərini Ukraynaya satmağı təklif edib.
TEZADLAR.AZ xəbər verir ki, Amerikanın “Washington Post” qəzeti Priqojinin fevralın 24-dən Rusiya işğalına qarşı mübarizə aparan Ukraynaya təklif etdiyini yazıb.
Qəzetin xəbərinə görə, Yevgeni Priqojinin Ukraynanın Baxmut bölgəsindən qoşunlarını çıxarması müqabilində yanvar ayında Rusiya qüvvələrinin mövqeləri haqqında məlumat satmağı təklif etdiyi və bu təklifin Ukrayna Kəşfiyyat Xidməti ilə əlaqələri vasitəsilə edildiyi bildirilir.
Ukraynanın bu təklifi rədd etdiyi yazılıb.
Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan Vaqner ordusunun başçısı Yevgeni Priqojin ötən həftə yaydığı səsli mesajda bildirib ki, o və əsgərləri bölgəni tərk etsələr, satqın sayılacaqlar.
trt