İyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Xocəsən yaşayış kompleksində mənzillə təmin olunanların arasında Vətən Müharibəsinin qadın şəhidi Arəstə Baxışovanın ailəsi də var.

 Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub.

O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.
Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub və Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri olmuş Arəstə Baxışovanın anası Məktubə xanıma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 otaqlı mənzilin sənədləri təqdim olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN