Prezident İlham Əliyevin yeni təsdiqlədiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda

dəyişiklik edilməsi barədə Qanun əlilliyi olan şəxslərə hümanist yanaşmanı özündə ehtiva edir.

Belə ki,  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişiklik edilməklə, yeni maddə əlavə edilib. Maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək. 

Yəni, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilərsə, yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Beləliklə, ötürülmüş müddət nəzərə alınacaq və həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial  ödənişlər veriləcək. 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN