"Bu gün Gürcüstanda savadsız, qoxulu bir oliqarxın əbədi diktaturası nəhayət və rəsmi şəkildə elan olundu".

Gürcüstan KİV-ləri yazır ki, bu sözləri Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili, Gürcü Arzusunun bu gün qəbul etdiyi qərara fikir bildirərkən deyib. Saakaşvili, Gürcü Arzusunun bu hərəkətinə beynəlxalq cəmiyyətdən aktiv müdaxilə gözlədiyini bildirib: "Siyasətçilərin, mülki sektorun operativ cavabını, beynəlxalq cəmiyyətin isə yaxın saatlarda aktiv müdaxiləsini gözləyirəm", - deyə M. Saakaşvili qeyd edib.

Xatırladaq ki, ötən gün "Gürcü Arzusu" partiyası 19 apreldə müxalifətlə imzalanan razılaşmanı ləğv etdiklərini elan etdi. Partiya bu addıma səbəb kimi, müxalifətin sözügedən sənədə sadiq qalmamasını və "Vahid Milli Hərəkat"ın imza atmamasını qeyd edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN