Bu şəkil 5 il əvvəl Türkiyədə çəkilib... Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevin anası Gözəl Xasıyeva ilə birlikdəyik...

Türkiyənin Kahramanmaraş şəhərində Xocalı parkının açılış mərasimi günü şəhərin erməni-fransız qəsbkarlarından azad edilməsinin 99 illik bayramında iştirak etməklə Azərbaycan bayrağını Türkiyə bayraqlarının yanında qoşa qaldırmaq şərəfli, həm də vicdan borcu idi... Mən bu borcumu yerinə yetirdim.... İndi bu fotoşəklə baxanda zəlzələdən sonra şəhərin bu küçəsinin darmadağın edilməsini xatırlayıb çox pis oldum. 105 il əvvəl həmin bu küçə fransız və erməni qəsbkarları ilə döyüş meydanına çevrilmişdi. Qan su yerinə axırmış... Amma düşmənlər şəhərdən rədd olub gedib!

Bunu niyə xatırladım: bu gün də Fransa ilə Ermənistan cütbacıdır, Azərbaycana və Türkiyəyə qarşı birləşib! Bu ölkələrin mənfur siyasətçiləri yenə qana susayıblar. Amma ən azı 105 il əvvəlki o tarixlə 2020- ci ilin 44 günlük sentyabr- noyabr bu tarixini unutmamalıdırlar!

Asif MƏRZİLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN