Ombudsman Səbinə Əliyeva gözəl təkliflərlə çıxış edir və onların həyata keçirilməsi təmin olunarsa, ölkədəki problemlərin 60-70 faizi ilə elə bu il sağollaşarıq. Təəssüf edirəm ki, ortada çox gözəl təkliflər olsa da, ya maliyyə çətinliyindən, ya da qərarlar qəbul edilmədiyindən onlar gecikir. Bu gün insan hüquqları üzrə müvəkkil və aparatı imkanlarının üzərində işləyir.

 TEZADLAR.AZ xəbər veriri ki, bu sözləri Milli Məclisin deputatı, MCP-nını lideri Razi Nurullayev sosial media hesabında bildirib.

 O, vurğulayıb ki, Plenar iclasda çıxış etmək imkanı olmadığı üçün bu barədə fikirlərini və təkliflərini səhifəsində paylaşmalı olub.

 “Bir neçə vacib məqamları qeyd edib üzərində dayanmaq və həyata keçirilməsini istəyirəm. Insan hüquq və azadlıqları sahəsində ciddi axsamalar görürük və bunu həyata keçirmək üçün resurslarımız zəifdir.

Birinci növbədə, vətəndaşların pulsuz hüquqi yardıma çıxışını asanlaşdırmaq lazımdır. Bu gün bu proses asan prosedur deyil. Vətəndaşlarımız da hüquqi cəhətdən demək olar ki, tam savadsızdır və bu ehtiyacı yerinə yetirmək üçün Ombudsman işçilərinin də sayını ciddi şəkildə artırmağa ehtiyac var. Bəlkə də elə İnsan haqları üzər müvəkkilin xətti ilə hər bir rayonda iki-üç nəfərlik ştatlar yaratmaq lazımdır. Axı buna ehtiyac var. Insanların hüquq və azadlıqları hər bir cəmiyyətin təməl prinsipləridir. Bu sahədə vətəndaşlara xidmət çox aşağı səviyyədədirsə, demək ki, təxirəsalmadan bu işə başlamaq da zəruridir.

Neçə illərdir ki, Aliment Fondu yaradılsın təklifi irəli sürülür, amma bu təklif həyata keçirilmir. Qeyd edim ki, artıq Aliment verə bilmədyinə görə kişilər arasında intihar edənlər və intihara cəhd edənlər var. Dünən onlardan birini ziyarət etdim, sevinirəm ki, onun həyatının xilas olunmasında mənim də rolum oldu. Bütün zamanlarda boşanan qadınların hüquqlarını müdafiə etmiş və kişilərin nə olur-olsun aliment verməsini tələb etmişəm. Bəli, elə kişilər var ki, pulu-malı var, amma aliment vermək istəmir, qoy onlar haqqında ən ciddi hüquqi addımlar atılsın.

Amma, elə kişilər var kl, onlar məhkəmələrin müəyyən etdiyi məbləği verməyə gücləri çatmır. Həbs olunur, borc tapıb verir, sonra yenə verə bilmir, digər tərəfdən qarşı tərəf yeni iddia qaldırır və məbləğin artırılmasını tələb edir, bir sıra hallarda buna nail olur. Nəticə isə acınacaqlıdır. Nə qadın məmnundur, nə də kişi. Bu sahədə olan vəziyyət həyacan siqnalıdır və aliment fondu yaradılmasa, bu sahədə yüngülləşdirici addımlar atılmasa çətin olacaq.

Boşanmalar və ailment arasında narahatedici bir amil olduğu barədə şikayətlər alırıq. Istərdim ki, boşanma və aliment arasında olan əlaqələr bir araşdırmanın mövzusu olsun. Aliment almaq istəyi boşanmalara təsir edirmi? Çünki qəbuluma gələn onlarla vətəndaşlar bu əlaqənin olduğunu deyir və məncə, bu məsələ araşdırlmalı və ictimailəşdirilməlidir.

Eyni zamanda, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələr var, xeyli insanların şərəf və ləyaqəti alçaldılır, yüzlərlə insanın işgüzar nüfuzunu ləkələyən məlumatlar açıq və sərbəst şəkildə yayımlanır, audio və video məlumatlar da sərbəst yayılır və belə bir fikir yaranır ki, elə bu qanuni bir haldır və o baxımdan da günü-gündən bu cür hallaırn sayı artır.

Çünki ciddi tədbirlər görülmür. Prokurorluğun bu sahədə apardığı iş məqbul səviyyədə deyil və hətta deyərdim ki, bərbad vəziyyətdədir. Hətta bizi təəccübləndirəcək səviyyədə qeyri-məqbuldur. Bununla bağlı konkret faktlar da var, sadəcə zaman azdır, gündəlik mövzularda bu barədə danışacam. Bu halları nəzərə alaraq, vətəndaşların hüquqlarının qorunması məqsədilə doğru mexanizmin yaradılması və konkret cinayət və qeyri-qanuni hərəkətlər üçün də konkret iş görülməsi vacibdir”, - deyə o qeyd edib.

 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN