Əgər xatırlayırsınızsa, ötən həftə Nikol Paşinyan Ermənistanın ilk peykinin orbitə qaldırılması ilə bağlı açıqlama vermişdi.

Onun bu açıqlamasından sonra Ermənistan cəmiyyətində ciddi fikir ayrılıqları yaranıb. Səbəb isə ondan ibarətdir ki, heç bir ciddi peyk qurumlarında Paşinyanın səsləndirdiyi peykin həqiqətən Ermənistana məxsus olması haqqında qeyd yoxdur. Bir qədər araşdırdıqda isə ortaya maraqlı faktlar çıxmaqdadır.

Bu barədə Multi Media Mərkəzini n direktoru Osman Gündüz maraqlı açıqlam ilə çıxış edib. Sitat: «…Ermənistana məxsus olduğu iddia edilən, yerin müşahidə peykinin SpaseX tərəfindən orbitə qaldırıldığı bildirilir. Lakin həmin qeyd olunan tarixdə Space X Almaniyanın Exolaunch şirkətinin “Exolaunch Transporter-5” proqramı çərçivəsində hazırladığı onlarla kiçik ölçülü peykələri orbitə qaldırıb. Bu peyklərin məxsus olduğu ölkələrin adları da qurumun rəsmi saytında açıqlanıb, orada Ermənistanın adı yoxdur. Həmin siyahıda Ermənistanın iddia etdiyi Urdaneta –ArmSat1 peykinin isə əslində, İspaniyaya məxsus olduğu görsənir. Yəni, peyki hazırlayan Exolaunch bildirir ki, peyk İspaniyanın Santlantis şirkəti tərəfindən sifariş edilib. Santlantis isə bildirir ki, peyk banklardan götürülən kredit əsasında hazırlanıb. Paşinyan isə peykin Ermənistanın «Geokosmos»  qurumu ilə həmin «Santlantis» arasında baş tutan əməkdaşlıq çərçivəsində hazırlandığını bildirir. Beləliklə, buradan belə qənaətə gəlmək olur ki, adı çəkilən peyk İspaniyanın Santlantis şirkətinə məxsusdur, «Santlantis» şirkəti tərəfindən idarə olunur və Ermənistan yalnız icarə ilə onun xidmətlərindən bəhrələnə bilər…».

 

Osman Gündüz onu da əlavə edib ki, «Santlantis»  şirkətinin saytında yerləşdirilən «Urdaneta –ArmSat1» peykinin parametrlərinə baxdıqda isə təəccüblənməmək mümkün deyil. «…İlin-günün bu vaxtında 1.65 m. ayırdetmə parametrinə məxsus peyk hazırlamaq absurddur. Anlaşıqlı olaraq bu o deməkdir ki, peykin iSIM-90 kamerasının yerə göndərdiyi fotolarda, hansısa obyektin və ya hədəfin 1.65 m.-i təsvirdə 1 nöqtə (piksel) olaraq görsənəcək. Xatırlayıram ki, hətta 1 m. ayırdetmə qabiliyyəti 2000-ci illərin əvvəllərinə məxsus olub. Ayırdetmədə hətta 1sm də mühüm əhəmiyyət kəsb edir. Hansı ki, məhz bununla, piksellərin sayı ilə, yerə ötürülən təsvirin, anlaşıqlı desək, tank yoxsa avtomobil olduğunu müəyyən etmək olar. Azərbaycana məxsus, az qala 10 il bundan öncə hazırlanan AzerSky peykinin ayırdetməsi isə 1.5 m.-dir. İndiki zamanda hazırlanan bu tip müşahidə peyklərinin ayırdetməsi isə təxminən 10-15 sm.-dir. Google xəritələrində isə bu parametr təxminən 15 sm.-dək dəyişə bilir…».

O.Gündüz sonda onu da xatırladır ki, Paşinyanın Ermənistama məxsus olduğu bildirilən peyk, əslində, İspaniyaya məxsusdur, Ermənistan sadəcə onu icarəyə götürüb və hərbi məqsədlər üçün istifadəsi də ağlabatan deyil. «…Güman etmək olar ki, Ermənistan bu peykdən məhz hazırda Ermənistan –Azərbaycan sərhəddində aparılan delimitasiya işlərində istifadə etmək niyyətindədir. Ermənistanın nə dərəcədə bundan bəhrələnə biləcəyini isə zaman göstərəcək. Cəmi 5 il ömrü olduğu bildirilən, 15 kq çəkisi olan bu tip peyklərin çox az bir vəsait (bir neçə yüz min dollar) xərcləməklə hazırlamaq mümkün olsa da, Ermənistanın buna 5 mln $ xərcləməsi də ciddi narazılıq yaradıb. Heç bir beynəlxalq peyk qurumlarında adı getmədən, heç bir peyk idarəetmə mərkəzinə malik olmadan Paşinyanın bu cür açıqlama verməsini isə erməni mediası “Ermənistan da kosmos ailəsinin üzvüdür” demək üçün edildiyini yazırlar…».

 Sonda onu da əlavə edək ki, ola bilər Paşinyan hazırda onu təngə gətirmiş mitinqçilərin könlünü almaq, diqqətini başqa istiqamətə yönləndirmək üçün bir sözdür atıb ortaya… Elə ona da bənzəyir. Çünki indi Ermənistanda hamı bu barədə danışıb gülür…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN