Nur-Sultanda Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları görüşdü
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 31-ci iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilmişdir.