Oğuz rayonunun Çaldaş kəndi ərazisində yerləşən meşəlik massivində qiymətli ağaclar kəsilib. Hazırda ərazidə saqqız ağacları, nadir şam nümunələri də daxil olmaqla 100-ə qədər ağac kəsilib.

Bu barədə Çaldaş kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, örüş sahəsi yaxınlığında Türyançay Dövlət qoruğu ərazisində qiymətli ağaclar da daxil olmaqla 100-ə qədər ağacların kəsildiyinin şahidi olublar. Sakinlər təbiətə vurulan bu ziyanın qarşısının alınmasını istəyirlər.

Çaldaş kəndinin daxil olduğu Böyük Söyüdlü bələdiyyəsindən bildirilib ki, sözü gedən ağacların kəsildiyi ərazi kənd ərazisi deyil: "Bura Türyançay Dövlət Qoruğunun meşə ərazisidir. Ağacların kəsildiyi meşə ərazisinin bizim kəndimizə heç bir adiyyəti yoxdur".

Türyançay Dövlət Təbiət Qoruğundan isə bildirilib ki, ağacların kəsildiyi əraziyə baxış keçirilib: "Biz ağacların kəsildiyi meşə ərazisinə baxış keçirdik və müəyyən etdik ki, həmin ərazi Türyançay qoruğuna daxil olmayan meşə ərazisidir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, artıq araşdırmalara başlanılıb: "Faktla əlaqədar komissiya təşkil olunaraq ərazidə araşdırılmalar aparılır. Araşdırmaların nəticəsindən sonra ağacların hansı əraziyə aid olduğu müəyyənləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN