Rusiyalı rok müğənnisi Zemfira (tam adı - Zemfira Ramazanova, Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) Fransa vətəndaşlığı alıb.

Pin It

Tarixən yurd, vətən sınağa çəkiləndə “düşmən çəpəri” olan oğul-igidlər çıxıb irəli, sinə gərib təhlükələrə, çiyin verib el dərdinə, belə məqamlarda real dünyəvi qanunlardan daha çox qeyrət, şərəf, qürur, təəssübkeşlik hissləri həlledici rol oynayır...

Pin It

Zərərçəkmiş Seymur DadaşovAli Məhkəmənin sədri İnam Kərimova üz tutdu: “Hörmətli sədr,  böyük ümidlə Sizdən xahiş edirəm, mənə külli miqdarda ziyan vurmuş dələduz-məhkum Səmədov Əzizalı Mehralı oğlunun barəsində Ali Məhkəmədə 8 iyun 2023-cü il tarixdə, saat 11:35-də ədalətli hökmün çıxarılmasına kömək edəsiniz...”

Pin It

Hörmətli “Təzadlar”!

Biz adları aşağıda çəkilən Qarabağ veteranları neçə vaxtdır ki, Qarabağ savaşları zamanı qanı - canı ilə vətənimizi qoruyan, şəxsən tanıdığımız, çiyin - çiyinə döyüşdüyünüz cəbhə dostlarımıza sosial platformalarda bəzi şəxslər tərəfindən şər - böhtan atıldığına şahid oluruq. Bu, bizi çox narahat etdiyi üçün bu məsələ ətrafında mövqeyimizi ortaya qoymağa məcbur olduq. Lakin təəssüflər olsun ki, bu böhtan xarakterli və qərəzli məlumatlar hələ də davam etməkdədir, barələrində ətraflı bəhs edəcəyimiz döyüşçü qardaşlar haqqında yanlış məlumatlar yayılmaqdadır. Bu qardaşlar 2 fevral 1992 - ci ildə Fərrux dağı uğrunda döyüşdə yaralanmasına baxmayaraq adını çəkmək istəmədiyimiz bəziləri onların oğurluğa gedəndə yaralandığını və guya sonradan saxta vəsiqə aldığını yazırlar. Səs yazısı, paylaşımları özümüz görüb eşitmişik. Halbuki onlar yaralandığı gündən bir gün əvvəl Fərrux kəndinin ermənilərdən təmizlənməsində mərhum Şirin Mirzəyevin ən fəal döyüşçüləri olublar. 1989-cu ildən 1993 cü ilə qədər əllərində silah düşmənə qarşı vuruşan Azərbaycan əsgərlərinin haqqında “saxta vəsiqə alıblar, silahı atıb qaçıblar” yazmaq, qəsdən öz şəxsi intriqalarına görə igid oğulları gözdən salmaq nəinki bir insana, heç bir azərbaycanlıya yaraşmır.

Hörmətli redaksiya! Biz sizi ədalətin keşiyində duran bir qəzet kimi tanıyırıq və ona görə üzümüzü sizə tutub səsləyirik: Xahiş edirik səsimizi hər kəsə bildirin! Belə şər və böhtan yetər!

Döyüşçü oğullara qərəzli şəkildə qarayaxma aparanlara başqa nə deyək?!

Elman Küskün (Bayramov), Birinci Qarabağ savaşının könüllü döyüşçüsü:

-Kolanı obası qəhrəmanlar diyarıdır.

Bünyad, Nüsrət, Fikrət qardaşları hər zaman döyüşlərdə öndə olublar, sinələrinı qabağa veriblər. Məsələn, 31 yanvar 1992, Fərrux, 4 mart 1992. Qazançı, 21 iyul 1992. Eləcə də Canyataq-Gülyataq döyüşlərində bu qardaşların necə fədakarlıqla döyüşdüyünün şahidiyəm. Allah Bünyada qəni-qəni rəhmət eləsin. Noolar, Bünyadın ruhunu incitməyin... Allahdan qorxun!!!

Nüsrətə, Fikrətə - Qazi qardaşlarıma can sağlığı arzulayıram.

Tiflis Məmmədov, veteran:

-Binnət haqqında kim yalan-böhtan danışırsa, deməli ədalətini itirib... Bu böhtana onu tanımayanlar bəlkə də inanar, amma onun döyüş yolu bizim gözümüzün önündə baş verib. Belə qeyrətli oğlan haqqında yersiz dedi-qodu yaratmağa çalışmaq, onu hansısa intriqaçının hədəf seçməsi məndə dərin hiddət doğurdu. Binnət və iki qardaşı Nüsrət və Fikrət eyni gündə, eyni döyüşdə yarlananda mən də orda olmuşam. Onun nə qədər vətənpərvər olduğunu hamı yaxşı bilir. Kaş bütün oğullar onun kimi namuslu, qeyrətli və cəsur olaydı. Sözüm ona böhtan atanlaradır: “Susun, bundan artıq özünüzü biabır etməyin!

Rasif Əmiraslanov,

Qarabağ qazisi:

-Bu döyüşən oğullarımızı gözdən salmaqda məqsəd nədir? Hansı əsasla belə yazı verirlər? Mənə elə gəlir ki, kimliyindən asılı olmayaraq döyüşən oğullarımızı şərləyənlər məhkəmə qarşısında cavab verməlidirlər. Yüzlərcə Qarabağ veteranının tanıdığı Azərbaycan əsgərinə qarşı bu utancverici böhtana qarşı öz etirazımızı, hiddətimizi bildirir və vətənsevərləri səsimizə səs verməyə çağırırıq.

Hörmətlə, 20 nəfər Qarabağ veteranları və qaziləri adından: Pənah Məmmədov, Oktay Məmmədov, Qırımxan Muradov və digərləri.

 

Pin It

Berlin Almaniyadakı beş Rusiya konsulluğundan dördünün fəaliyyətinə icazəni ləğv etmək qərarına gəlib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN