Türkiyədə minlərlə insanın ölümünə və yüz minlərin yaralanmasına, evsiz-eşiksiz qalmasına baiskarlardan biri də həbs edilib... Tezadlar.az Türkiyə mediasına istinadla bildirir ki, bu evyıxanlardan biri "Özburak İnşaat"-ın sahibi Hikmet Günsaydır...
O, son 12 ildə Hatay Antakyada 500-dən artıq bina tikmiş və son zəlzələdə əksəriyyəti dağılmışdır. Son müsahibələrində özünün ibtidai sinif bitirdiyini, amma bu savadla 100-lərlə bina tikdiyini iftixarla dilə gətiribmiş. Üstəlik tikdiyi binaları "Ən yüksək texnologiya, ən yaxşı materiallar" adı ilə də reklam edirmiş. İndi qolları qandallıdır. Boynunda isə minlərlə insanın ölümü, on minlərin isə evsizlik ahı var.
Bəs bizdə neçə qoyun otaranın göydələn tikdiyini bilirsiniz?
 A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN