Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa turnesi onun çarəsizliyindən xəbər verir.

Tezadlar.az xəbər verir ki, Newsweek-in köşə yazarı Brendan Koul bu qənaətə gəlib.

O qeyd edib ki, Ukrayna liderinin səfəri və dünya siyasətçiləri ilə görüşləri gözlənilən nəticəni vermədi. Xüsusilə, o, Qərbi Kiyevə döyüş təyyarələri köçürməyə razı sala bilməyib. Eyni zamanda, Zelenski, jurnalistin sözlərinə görə, bu məsələdə Avropa ölkələrinin dəstəyinə müraciət etməyin “təcili ehtiyacı”ndan xəbərdar idi.

Bundan əvvəl Zelenski Londonda pərdəarxası razılaşmaların əldə edildiyini və uzaqmənzilli silahların tədarükü və pilotların hazırlanması ilə bağlı qərarın yaxınlaşdığını açıqlamışdı. Ukrayna prezidentinin sözlərinə görə, Avropa liderləri Ukraynaya lazımi silahları, o cümlədən təyyarələri təhvil verməyə hazır olduqlarını bildiriblər. Bununla belə, Bloomberg-in məlumatına görə, heç bir Aİ ölkəsi Ukraynaya döyüş təyyarələri tədarük etmək öhdəliyi götürməyib.

Fevralın 12-də Britaniyanın “Daily Mail” qəzeti Rusiyanın Ukraynanın energetika və infrastruktur obyektlərinə zərbələr endirməsini Ukrayna Silahlı Qüvvələrinə (USQ) qırıcı təyyarələrin verilməsini müzakirə etmək üçün “Avropaya sərt mesaj” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN