Bu gün Yaponiyanın Fukusima prefekturasının sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ölkənin milli meteorologiya departamentinin məlumatına görə, fəlakətin mənbəyi okeanın dibinin 60 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.
Həmçinin Fukusima-1 fövqəladə atom elektrik stansiyasında fövqəladə vəziyyət barədə məlumat verilməyib.
E.ŞİRİNOV