Avrasiya İqtisadi İttifaqının (Aİİ) maliyyə suverenliyini gücləndirmək lazımdır, onun üzvləri bu məqsədlə səy göstərməlidirlər.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib.

"Ümumi səylər Aİİ-nin maliyyə suverenliyinin gücləndirilməsinə yönəldilməlidir", - prezident bildirib.

Rusiya liderinin sözlərinə görə, kredit, bank və hesablaşma infrastrukturunu gücləndirmək lazımdır.

“Bundan əlavə, Aİİ-nin İqtisadi Komissiyası gedən dəyişikliklərə tez reaksiya verməli, ona əlavə səlahiyyətlər verilməlidir”, - deyə Putin bildirib.

“Beləliklə, kapitalın İttifaq ölkələrinin hüdudlarında qalması və Aİİ üzv dövlətlərinin iqtisadiyyatının gələcək inkişafına sərmayə yatırması üçün əlverişli şərait yaradılacaq”, - deyə prezident davam edib.

Vladimir Putin Avrasiya İqtisadi Şurası çərçivəsində çox uğurlu əməkdaşlığı da açıqlayıb. Rusiya prezidenti qeyd edib ki, Rusiya Aİİ-nin bütün üzvləri ilə sıx tərəfdaşlığı yüksək qiymətləndirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN