booked.netbooked.net booked.net  

Ermənistanın qondarma məhkəməsi təsadüfən Ermənistan ərazisinə daxil olan Azərbaycan Ordusunun əsgərinin  həbs müddətini uzadıb.

Ermənistan mətbuatı yazır ki, azmış və təsadüfən Ermənistana keçən əsgərlərdən biri Hüseyn Axundov daha 3 ay müddətinə həbs edilib.

"İyunun 9-da Syunik ümumi yurisdiksiya məhkəməsi Qafanda Axundovun işi üzrə ilk məhkəmə iclasını keçirib"- məhkəmə bildirib.

Belə ki, “məhkəmə” guya 57 yaşlı mühafizəçini “öldürməkdə” əsassız olaraq təqsirləndirilən Axundovun həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, bir müddət əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar görmə qabiliyyətinin məhdudlaşması səbəbindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində sərhədyanı sərhəddə 2004-cü il təvəllüdlü əsgər Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov itkin düşüblər.

Sonradan məlum olub ki, onlar Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Əsgərlər döyülüb və onlara qarşı kobud rəftar edilib -onlarla bağlı həmin videolar sosial şəbəkələrdə və mediada geniş yayılıb.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN