Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Daşkənddə sənaye anbarında baş vermiş partlayış və yanğın nəticəsində bir nəfər ölüb, 162 nəfər xəsarət alıb.

Tezadlar.az bu barədə yerli mətbuata istinadən yazır.

Gecə saatlarında Daşkəndin Sergeli rayonunda Stroitel massivinin ərazisindəki anbarlardan birində güclü partlayış baş verib. Yanğınsöndürənlər alovun lokallaşdırılmasına nail olublar.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 2006-cı il təvəllüdlü yeniyetmə yerindəcə ölüb, zərərçəkənlərin ümumi sayı 163 nəfər olub, 24 yaralı xəstəxanaya yerləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN