Bu, anklavda çalışan jurnalistlərin ümumi sayının 4%-ni təşkil edir.
Qəzza zolağında hərbi eskalasiya başlayandan bəri bölgədəki vəziyyəti işıqlandıran 49 media işçisi həlak olub. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, zolaqda fəaliyyət göstərən jurnalistlərin ümumi sayının 4%-ni təşkil edir.
Bundan əvvəl Fələstində jurnalistlərin həmkarlar birliyi Qəzza zolağında əlaqə kəsilən onlarla müxbirin taleyindən narahatlığını ifadə etmişdi. Təşkilat İsrail hərbçilərinin onlara qarşı repressiyalardan qorxduqlarını qeyd edərək, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların əməkdaşlarından məsələyə müdaxilə edərək onları müdafiə etməyi xahiş edib.
BMT-nin baş katibi Antonio Quterre də öz növbəsində, "Fələstin anklavında dörd həftə ərzində ən azı son 30 ildə baş verən hər hansı digər münaqişədən daha çox jurnalist öldürülüb" deyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS qruplaşması tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər.
Hazırda İsraildə müharibə vəziyyəti elan olunub və ehtiyatda olan hərbi qulluqçuların a çağırışı elan olunub.
İsrail HƏMAS-ın silahı yer qoyaraq təslim olmasını istəyir.
JASMİN