Rusiya Xarici İşlər Nazirliyi ölkəsinin bütün vətəndaşları Fələstin anklavını tərk edənə qədər çalışacaq.

Bu barədə Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Rusiya XİN həmçinin bu prosesdə göstərdikləri köməyə görə Misir, İsrail, Qətər və Fələstin hakimiyyətlərinə təşəkkür edib.

“Təxliyyə tədbirləri bütün tərəflərlə sıx əməkdaşlıq şəraitində Rusiyanın xarici qurumlarına kömək üçün müraciət edən bütün soydaşlarımız sektordan çıxarılana qədər davam edəcək”, - diplomatlar əmin ediblər.

Onlar xatırladıblar ki, hərbi əməliyyatlar səbəbindən gündə cəmi bir neçə saat açıq olan Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinin imkanları məhdud olduğundan rusların çıxarılması mərhələli şəkildə həyata keçirilir.

Bundan əvvəl bildirilmişdi ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi təxliyyə edilmiş Rusiya vətəndaşlarının birinci qrupu ilə Qəzzadan Moskvaya uçub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN