Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib. Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov TEZADLAR.AZ-a bildirib ki, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.