İsrailin baş naziri vurğulayıb ki, HƏMAS məhv edilənə qədər ölkə mübarizəni dayandırmayacaq.

Benyamin Netanyahu Qəzza zolağında saxlanılan girovların qaytarılmasını müqəddəs vəzifə adlandırıb.

 "...Mən hərbi kabinetin üzvləri ilə birlikdə qaçırılanların ailələri ilə görüşdüm. Qaçırılanlarımızın geri qaytarılması müqəddəs, ali məqsəddir və mən buna nail olmağa tam sadiqəm. Biz qaçırılananları geri qaytaracağıq, bu mənim və hərbi kabinetin məsuliyyətidir”, – Netanyahu Telegram kanalında yazıb.

O, həmin şəxslərin yaxınlarını dinlədiyini, iztirablarını gördüyünü bildirib.

“Biz açıq danışdıq, gecə-gündüz həyata keçirdiyimiz siyasi, kəşfiyyat və əməliyyat tədbirlərini bacardığım qədər onlarla bölüşdüm", - deyə baş nazir diqqətə çatdırıb.

 “Biz qaçırılanları evə gətirənə, HƏMAS-ı məhv edənə və Qəzzadan gələn təhlükənin aradan qalxmasına əmin olana qədər döyüşü dayandırmayacağıq”, - Netanyahu əlavə edib.

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Xeyli sayda insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.  Daha sonra İsrail ordusu hərbi əməliyyatlara start verərək  Qəzza zolağına cavab zərbələri endirib.

İsrail HƏMAS-dan silahı yerə qoyaraq təslim olmağı tələb edir. 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də bu müharibənin sona çatması üçün HƏMAS-ın resurslarının bitəcəyi günü gözləyir...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN