Almaniya kansleri Olaf Şolts hesab edir ki, Almaniya Ukraynanı dəstəkləməyə davam etməlidir.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Şoltsun sözlərinə görə, Berlinin büdcə problemlərindən asılı olmayaraq Kiyevin köməyə ehtiyacı var.

“Biz bu dəstəyi lazım olana qədər davam etdirəcəyik. Bu dəstəyin ukraynalılar üçün ekzistensial əhəmiyyəti var ki, bu, başa düşüləndir, eyni zamanda Avropada bizim üçün”, - Şolts Bundestaqda büdcə məsələləri ilə bağlı iclasda çıxış edərkən qeyd edib.

O əlavə edib ki, Almaniya tərəfi xüsusilə minlərlə ukraynalı qaçqının qəbulu ilə bağlı ciddi təzyiq altındadır. Şolts miqrantlarla bağlı qərarı hələ də düzgün hesab etdiyini vurğulayıb.

“Tagessau” qeyd edib ki, Şolts hökuməti Federal Konstitusiya Məhkəməsinin 2021-ci il büdcəsindən 60 milyard avronun yenidən bölüşdürülməsini etibarsız sayması səbəbindən büdcə problemləri ilə üzləşib.

Nəşrin məlumatına görə, pul Covid-19 pandemiyası ilə mübarizə üçün təsdiq edilib, lakin sonradan iqlimin qorunması və iqtisadiyyatın modernləşdirilməsi üçün istifadə edilib. Üstəlik, hakimlər dövlətin gələcək illər üçün təcili kreditlər saxlamasına icazə verilməməsinə qərar verib. Şolts hökuməti bunu artıq bir neçə xüsusi fondda, o cümlədən enerji qiymətlərini azaltmaq üçün edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN