Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gəlsə, ölkəni idarə etdiyi müddətə görə SSRİ rəhbəri İosif Stalini keçəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.

Bundan əvvəl Putinin 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində iştirak edəcəyi məlum olub.

“Der Spiegel” xatırladıb ki, indiki Rusiya lideri bu vəzifəyə ilk dəfə 2000-ci ildə gəlib. Daha sonra Putin 2004, 2012 və 2018-ci illərdə də yenidən prezident seçilib.

“Əgər Putin Kremldə daha 6 illik səlahiyyət müddətini başa vursa, o, 1924-1953-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş İosif Stalini keçəcək. Və sonra o, XVIII əsrdə Böyük Çarina Yekaterina dövründən bəri ölkəni ən uzun müddət idarə edən Rusiya dövlətinin başçısı olacaq”, - mətndə deyilir.

“Der Spiegel” həmçinin hesab edir ki, Putinin 2024-cü il seçkilərində qalib gəlmək şansı kifayət qədər yüksəkdir, çünki onun “ciddi rəqibi yoxdur”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN