ABŞ İsrailin fələstinlilərin təhlükəsizliyini nəzərə almayan heç bir əməliyyatını dəstəkləməyəcək. Belə ki, ABŞ prezidenti Co Bayden Qəzzanın cənubundakı Rəfah şəhərini işğal etməmək üçün İsrailə xəbərdarlıq edib.
Tezadlar.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
“Rəfahda böyük hərbi əməliyyat, orada sığınan bir milyondan çox insana təhlükəsizlik və dəstək təmin etmək üçün etibarlı plan olmadan həyata keçirilməməlidir. Onların müdafiəyə ehtiyacı var”, - deyə Bayden bildirib.
Aydınlaşdırılır ki, Amerika lideri İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarını da birbaşa tənqid edib. O, münaqişədən sağ çıxa bilməyən 27 mindən çox fələstinlinin “çoxunun” günahsız mülki vətəndaşlar və uşaqlar olduğunu deyib.
“Bir çox ailələr bir yox, çoxlu qohumlarını itirib, yas saxlaya bilmirlər. Bu ürəkağrıdandır”, - deyə prezident yekunlaşdırıb.
Bayden daha əvvəl Fələstin dövlətinin qurulması üçün Fələstin Milli Administrasiyasında (FMA) islahat aparmağa çağırmışdı. O qeyd edib ki, PNA təkcə İordan çayının qərb sahilində deyil, həm də Qəzzada fələstinlilərin ehtiyaclarını effektiv şəkildə qarşılamalıdır.
E.ŞİRİNOV