Bu gün səhər saatlarında Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən birinin vəziyyəti ağırdır.

Bu barədə TƏBİB-dən məlumat verilib. Belə ki, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir və 1996-ci il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib. 

***

Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb. Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb. Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduğu bildirilir.

Təəssüflənməkdən başqa yol qalmır...

Elbar Şirinov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN