Milli Mitinq partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Rusiya ərazisini fransız silahları ilə bombalamasına icazə vermə qərarını tənqid edib və bunu Parisin münaqişədə tam iştirakına doğru addım adlandırıb.

Tezadlar.az xəbər verir ki, “France Info” radiosunda o, xüsusən Makronun Fransa ordusunun Ukraynaya göndərildiyini elan etməsindən sonra Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirilməsinin “bu münaqişənin intensivləşdirilməsi istiqamətində əlavə addım olacağını” söyləyib.

Siyasətçi əlavə edib ki, “Mənə elə gəlir ki, Makron Fransanın bu müharibədə tam iştirakını istəyir” .

“Mən buna qarşıyam” deyən Le Pen Ukraynaya “müdafiə silahlarının” verilməsini dəstəkləsə də, münaqişəni siyasi yolla həll etməyə çağırdığını açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN