Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə valideynlər və uşaqların iştirakı ilə müxtəlif görüşlər keçirilib, sosial tərəfdaşların dəstəyi ilə xeyriyyə aksiyaları təşkil edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, maarifləndirici görüşlərdə mərkəzlərin ekspertləri valideyn-uşaq münasibətləri, düzgün ünsiyyətin əhəmiyyətindən bəhs edib, uşaqlarda özünəinam hissinin formalaşması, özünütəsdiq və özünüifadəetmə bacarığının inkişafı ilə bağlı tövsiyələr veriblər.
Tədbirlərdə mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda uşaqlara məktəbli geyimləri, çantalar və dərs ləvazimatları hədiyyə edilib.
R.XUDATQIZI