10-12 sentyabr 2024-cü il tarixlərində Çinin Şandon əyalətinin Çindao şəhərində "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, Şanxay Əməkdaşlıq Təşkilatının keçirdiyi Forumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edir.

Qeyd edək ki, 11 sentyabr tarixində keçiriləcək rəsmi açılış mərasimində ŞƏT-ə üzv ölkələrin qadın liderləri, Şandon əyaləti rəhbəri, Ümumçin Qadınlar Federasiyasının sədri Şen İts və ŞƏT-in baş katibi Can Min iştirak edəcəklər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN