Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk yaxınlığındakı mövqelərinə “ağıllı bomba” atıblar.

Tezadlar.az bildirir ki, TASS bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Müdafiə Nazirliyinin məlumatına görə, zərbə vahid planlaşdırma və korreksiya modulu (UMPC) olan hava bombası ilə həyata keçirilib. Sursat Kursk vilayətinin sərhədyanı ərazilərindən birinə atılıb.

"Kəşfiyyat məlumatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və qalası məhv edilib", - agentlik Müdafiə Nazirliyindən sitat gətirib.

Bundan əvvəl Rusiya ordusunun Kursk vilayətində üç tonluq FAB-3000 bombasından istifadə etdiyi bildirilirdi. Xüsusi hərbi əməliyyatın ən güclü silahlarından biri adlandırılan bomba oktyabrın 2-də axşam saatlarında Korenevski rayonunun Kremyanoye kəndi yaxınlığında istifadə edilib. Mərmi həmçinin UMPC ilə təchiz edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN