Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası prezident Salome Zurabişvilinin hökumətlə razılaşdırılmamış xarici səfərlərinə görə ona qarşı impiçment prosedurunu bərpa edəcək.
Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Bizim Konstitusiyamız gürcü xalqının iradəsinin xüsusilə əks olunduğu əsas aktdır. Ona görə də onun bilərəkdən, açıq və aşkar şəkildə pozulması cavabsız qala bilməz. Buna əsaslanaraq, parlament çoxluğu prezidentin impiçment proseduruna yenidən başlamaq və parlament seçkiləri öncəsi Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib”, - Papuaşvili brifinqdə bildirib.
E.ŞİRİNOV