Gürcüstan müxalifətinin ölkədə “inqilabi proseslər” yaratmağa gücü çatmır.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Bu barədə “Sputnik.Gürcüstan” məlumat yayıb.

“Bu il hamı açıq şəkildə gördü ki, dövlət və hüquq-mühafizə orqanları öz yerində dayanıb və müxalifət nə qədər inqilabi proseslərə başlamağa, parlament binasına basqın etməyə və sairə cəhd etsə də, heç nəyə nail olmayacaq”, - Kobaxidze qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan müxalifəti və onun tərəfdaşlarının müvafiq hesablaması uğursuzluğa məhkumdur. Tbilisi nümayəndəsi əlavə edib ki, dövlət milli maraqları sona qədər müdafiə etməyə hazırdır.

Bundan əvvəl hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili demişdi ki, düşmən xarici qüvvələr və müxalifət “Gürcüstanı xəritədən silməyə” çalışırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN