Sankt-Peterburqun Parqolovo kəndində iki quldur sahibkarın evinə soxularaq 46,9 milyon rubl dəyərində qiymətli əşyaları oğurlamaqla hədələyib.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Mənbənin sözlərinə görə, oğurluq oktyabrın 9-da baş verib. Doğum evindən qayıdan sahibkar həyat yoldaşı ilə evlərində naməlum kişiləri görüb. Adamı bayıra çıxarıb avtomobilə mindiriblər, orada iş adamının keçmiş investorlarını çağırıblar. Sahibkarın onlara borcu olduğunu bildiriblər. Bundan sonra quldurlar evə qayıdaraq hədə-qorxu gələrək pul, o cümlədən kriptovalyuta, qızıl Rolex saatları, zinət əşyaları, həmçinin "Tank 300" və "Lixiang L9" avtomobillərini tələb etməyə başlayıblar.

Naməlum şəxslər iş adamını boş “alıcı” qrafası ilə avtomobil alqı-satqısı müqaviləsini çap etdirməyə və imzalamağa məcbur ediblər. Həmin şəxslər cinayət yerindən avtomobillərlə qaçıblar. Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb. Quldurlar axtarılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN