Donetsk Xalq Respublikasının (DXR) Ali Məhkəməsi Ukrayna tərəfində silahlı münaqişədə iştirak edən Amerika Birləşmiş Ştatlarından (ABŞ) muzdlu hərbçiyə qiyabi hökm çıxarıb.

Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmənin məlumatına görə, ABŞ vətəndaşı əvvəllər Rusiyada polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etdiyinə görə məhkum edilib və 2022-ci ildə prezidentin fərmanı ilə əfv edilib. Bundan sonra o, muzdlu əsgər kimi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edib.

Məhkəmə onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsi (“Muzdluluq”) ilə qiyabi olaraq 14 il yarım müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edib. Həmçinin onun mükafat olaraq aldığı 245 min rubl məbləğində pul dövlətin xeyrinə müsadirə edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN