İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin keçmiş mətbuat müşaviri Eliezer Feldstein məxfi məlumatları sızdırdığı iddiası ilə ömürlük həbs cəzası ilə üzləşib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məlumata görə, Feldstein əsas şübhəli sayılır. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.

Nəşrin məlumatına görə, bu işdə şübhəli bilinən başqa bir İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan və adı açıqlanmayan əsgəri yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

“The Times of Israel” daha əvvəl xəbər verib ki, ittihamnamədə iddia edilir ki, Feldstein dörd hərbi kəşfiyyatçının vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələrinin məlumat bazasından məxfi məlumatları əldə edib və İsrail baş nazirinin ofisinə ötürüb. Qəzetin materialında deyilir ki, o, bu sənədlərdən birini “Bild”-ə də verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN