ABŞ prezidenti Donald Tramp yanvarın sonunda Aİ ilə gündəlik əlaqəni qismən kəsdi.
Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Aİ Ukrayna ilə bağlı danışıqlar fonunda ictimai bəyanatlara, rəsmi çağırışlara və görüşlərə etibar etməli olub.
“Avropalıların vəziyyəti daha da pisləşdi ki, onların ABŞ administrasiyası ilə gündəlik əlaqəsinin böyük hissəsi Tramp keçən ay ikinci müddətə vəzifəyə gəldikdən sonra kəsildi və onları rəsmi telefon zənglərinə, planlaşdırılan görüşlərə və ictimai bəyanatlara etibar etməyə məcbur etdi”, – nəşr yazır.
Aİ-nin yüksək vəzifəli məmurları tezliklə Münhen Təhlükəsizlik Konfransında Trampın ən yaxın köməkçiləri ilə birbaşa danışmaq imkanı əldə edəcəklər. Tədbirdə ABŞ dövlət katibi Marko Rubio, vitse-prezident J.D.Vens və Rusiya və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq iştirak edəcək.
E.ŞİRİNOV